BAD FARS

Yel, külək.

Biz də gəldik Xançobanın elinə,

Bad, əsmə yarımın sünbül telinə!

Bir canım var, qoyum sənin yoluna,

Ölüncə dönmərəm səndən, Abdulla!

                                 (“Abdulla və Cahan”)

BACUQ
BAD FARS
OBASTAN VİKİ
Bad
Bad (sinql) — Maykl Cekson tərəfindən ifa olunmuş mahnı. Bad (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Fars
Farslar — əsasən İranda yaşayan xalq. == Məskunlaşmaları və sayları == Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir. == Fars xalqının mənşəyi və "fars" sözünün mənası == Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir. Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar.
Bad-tibira
Bad-tibira (şum. 𒂦𒁾𒉄𒆠), "Mis İşçi(lər)inin divarı" və ya "Dəmirçilər qalası" — İraqın cənubundakı Əl-Şətrah və Tell Əs-Senkereh (qədim Larsa) arasında, müasir Tell Əl-Mədinə kimi müəyyən edilən, "Şumer kralı siyahı"sında antidiluvia şəhərləri arasında görünən Şumer şəhəri. Onun akkad dilində adı Dür-qurqurri idi. O, həmçinin Abiden və Apollodor tərəfindən ötürülən Beros kimi yunan müəllifləri tərəfindən "Παντιβίβλος" ("Pantibiblos") adlanırdı. Bu şəhərin adının digər versiyası olan Patibiranı "Dəmirçilər kanalı" olaraq da tərcümə edə bilərik. == Şumer ədəbiyyatında Bad-tibira == "Şumer kral siyahı"sına görə, Bad-tibira Eredudan sonra daşqından əvvəl Şumerdə "krallığın həyat sürdüyü" ikinci şəhər idi. Bu padşahların Enmenluanna, Enmenqalanna və Təmmuz olduğu deyilirdi. Erkən Şumer mətnində İnannanın cəhənnəmə enməsi hissəsində şəhərin məbədi Emuşkalammadan bəhs edilir. Bu rəvayətdə İnanna cəhənnəmdən gələn cinləri səfalət içində yaşayan Bad-tibiranın himayədarı Lulalı aparmaqdan çəkindirir. Onlar nəhayət Urukda saray zənginliyi içində yaşayan Təmmuzu aparır.
Bad-İburq
Bad-İburq, Almaniyanın Aşağı Saksoniya regionunun Landkreis Osnabrück ərazisində yerləşən bir şəhərdir. İlk Prussiya kraliçası Sofiya Şarlotta bu şəhərdə dünyaya gəlmişdir.
Bad (Quba)
Bad — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bad oyk, sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Dağ ətəyindədir. Tam adı Bad Qalagah olan bu kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Ərazidə Qala Suvarun və Qala Ələmun adlı qala xarabalıqları var. Bu qalalar bad adlanan kərpicdən hörüldüyü üçün kənd Bad Qalagah adını almışdır. Sonralar toponimin ikinci komponenti düşmüşdür. Azərbaycan ərazisində çox əlverişli, qışda və yayda tikilinin daxilində mülayim temperaturun saxlanmasında əsas rol oynayan belə kərpiclərdən evlərin tikilməsində indi də istifadə olunur. Azərb.
Bad (albom)
Bad — Maykl Cekson albomu. == İstinadlar == == Xarici keçidlər == Campbell, Lisa D. Michael Jackson: The King of Pop. Branden Books. 1993. ISBN 978-0-82831-957-7. Brooks, Darren. Michael Jackson: An Exceptional Journey. Chrome Dreams. 2002. ISBN 1-84240-178-5.
Bad (mahnı)
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir. Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir. Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır.
Bad (sinql)
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir. Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir. Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır.
Bad 25
Bad 25 — Maykl Cekson albomu.
Bad Kissingen
Bad Kissingen (alm. ‎və bav. Bad Kissingen) — Almaniyada, Bavariya federal torpağında şəhər, rayon mərkəzi, kurort mərkəzi.
Bad Qandersxaim
Bad Qandersheim (alm: Bad Gandersheim, Aşağı alman dilində: Ganderssen) - Almaniyada, Aşağı Saksoniya əyalətində yerləşən şəhər Northeim rayonunun bir hissəsidir. Əhalisi 10313 nəfərdir (31 dekabr 2010-cu ildə). 9.049 km² ərazini əhatə edir. Rəsmi kodu – 03 1 55 001.
Bad Spenser
Bad Spenser (it. Carlo Vicente Pedersoli); 31 oktyabr 1929[…], Neapol, İtaliya krallığı – 27 iyun 2016[…], Roma) — İtaliya aktyoru, ssenaristi, prodüseri və musiqiçisi. == Həyatı == Bad Spenser 31 oktyabr 1929-cu ildə İtaliyanın Neapol şəhərində fabrikant ailəsində anadan olmuşdu. 1935-ci ildə birinci sinfə getmişdi. 1937-ci ildə üzgüçülüyə başlamışdı. 1940-cı ildə ailəsi ilə birlikdə Roma şəhərinə köçmüşdü. Bu şəhərdə gimnaziyaya yazılmış və üzgüçülük bölməsinə qeyd olunmuşdu. Bad Spenser 17 iyun 2016-cı ildə vəfat edib.
Breaking Bad
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Bad Guy
"Bad Guy" — amerikalı müğənni-bəstəkar Billi Aylişin mahnısı və onun ilk studiya albomundan beşinci sinqlı. İlk dəfə 9 mart 2019-cu ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Mahnı media tərəfindən minimalist alətlərlə elektropop, dans-pop, trap-pop kimi xarakterizə edilmişdir. Ayliş "Bad Guy" mahnısını qardaşı Finneas ilə birlikdə yazmışdır. Mahnının kanadalı müğənni Castin Biber ilə birgə ifası olan başqa bir versiyası 11 iyul 2019-cu ildə işıq üzü görüb. Bad Guy buraxıldıqdan sonra müsbət rəylər qazandı. Mahnı ABŞ-nin Billboard Hot 100 hit-paradında və Birləşmiş Krallıq, Avstraliya, Kanada və Yeni Zelandiya da daxil olmaqla 16 digər beynəlxalq siyahıya başçılıq etdi, həmçinin Birləşmiş Krallıq Sinqllar hit-paradında ikinci yeri tutdu. Bad Guy, Lil Nas X və Billi Rey Sayrusun "Old Town Road" mahnısının 19 həftəlik rekordunu qırdı. Mahnı Avstraliya Səsyazma Sənayesi Birliyindən (ARIA) on qat platin mükafatı və Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən altı dəfə mükafat da daxil olmaqla bir neçə sertifikata layiq görüldü. Mahnı 62-ci İllik Qremmi Mükafatlarında "Səsyazma" və "İlin mahnısı" daxil olmaqla bir neçə mükafat qazandı.
Bad Ideas
Bad Ideas — ABŞ müğənnisi Tessa Vayoletin ikinci studiya albomu. 25 oktyabr 2019-cu ildə T∆G Music tərəfindən buraxılıb.
Fars Körfəzi
İran körfəzi və ya Fars körfəzi(fars. خلیج فارس - Xəlic-e Fars; - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var. İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı İran körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə İran körfəzi dənizlərlə oxşardır.
Fars bəylərbəyliyi
Fars bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == XVI əsrin əvvəlindən I Şah İsmayıl Səfəvi Fars ostanının ağqoyunluların əllərindən alıb orda Zülqədər elini yerləşdirdi. Bəylərbəyiliyinin paytaxtı Şiraz şəhəri idi. Şah İsmayıl hicri 909-cu ildə (1503 = Sıçğan ili) Farsı fəth etdikdə, bu geniş bölgənin valiliyini İlyas bəy Hacılar-Zülqədərə vermişdi. Fəqət ertəsi il bir səhvi üzündən onu öldürtdüyü kimi, yerinə təyin etdiyi Süleyman bəyi də eyni aqibətə uğratdı. Bunun üzərinə Şiraz valiliyinə Avşar Mənsur bəy gətirildi. Mənsur bəy, Ağqoyunlu Uzun Həsən bəyin hələ Diyarbəkirdə ikən yaxın əmirlərindən biri olub İranın fəthi üzərinə ona Kuhgiluyə valiliyi verilmişdi. Şah İsmayılın Farsı ələ keçirdiyini görən Mənsur bəy başına Qızılbaş tacını geyərək dirliyini mühafizə edə bildi. Ancaq Mənsur bəyin Şiraz valiliyi çox az sürmüş və bura yenə Zülqədər elindən Əmət bəyə (Sarı Şeyxlü obasından) verilmiş və Əmət bəy bu təyinatdan sonra Xəlil sultan ləqəbi ilə anılmışdır. Ancaq Çaldıran savaşında boşluq göstərdiyi ittihamı ilə Xəlil Sultan da öldürülərək yerinə Zülqədərin Çiçəkli obasından Qorucu Başı İzzəddin təyin edildi.
Fars dili
Fars dili (fars. فارسی‎) Farsi endonimi ilə də tanınır, [fɒːɾˈsiː] (qulaq asmaq)) — Hind-Avropa dillərinin Hind-İran bölməsinin İran qoluna aid olan Qərbi İran dilidir. Fars dili, əsasən İran, Əfqanıstan və Tacikistanda danışılan və rəsmi olaraq üç qarşılıqlı başa düşülən standart növdə istifadə olunan plurisentrik bir dildir, yəni İran Fars dili (rəsmi olaraq fars dili kimi tanınır), Dari Fars dili (rəsmi olaraq Dari kimi tanınır) 1964-cü ildən) və tacik fars dili (1999-cu ildən rəsmi olaraq tacik kimi tanınır). Özbəkistanda, eləcə də Böyük İranın mədəni sferasında fars tarixi olan digər bölgələrdə əhəmiyyətli bir əhali tərəfindən tacik çeşidində yerli dildə danışılır. Rəsmi olaraq İran və Əfqanıstan daxilində ərəb qrafikasının törəməsi olan fars əlifbası ilə, Tacikistan daxilində isə kiril qrafikasının törəməsi olan tacik əlifbası ilə yazılıb. Müasir fars dili Sasani İmperiyasının (224–651) rəsmi dili olan Orta Fars dilinin davamıdır, özü də Əhəmənilər imperiyasında (e.ə. 550–330) istifadə edilən qədim fars dilinin davamıdır. İranın cənub-qərbindəki Fars (Fars) bölgəsində yaranmışdır. Onun qrammatikası bir çox Avropa dillərininkinə bənzəyir. Tarix boyu fars dili mərkəzi Qərbi Asiya, Orta Asiya və Cənubi Asiyada olan müxtəlif imperiyalar tərəfindən nüfuzlu bir dil kimi istifadə edilmişdir.
Fars düyünü
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Fars dırmanantəlxəsi
Fars dırmanantəlxəsi (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür. == Təsviri == Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir. Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir.
Fars girdəbaşı
Fars girdəbaşı (lat. Phrynocephalus persicus) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. == Yayılma və yaşayış yerləri == Girdəbaşlara əsasən İranın şimal-qərb rayonlarında rast gəlinir. Keçmişdə Azərbaycannın Zuvand ərazisində aşkarlansa da son görüntü 50 il öncəyə aiddir.
Fars gəvəni
Fars gəvəni (lat. Astragalus persicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanın Zuvand dağlarında təsvir edilmişdir. == Botaniki təsviri == 25 sm hündürlükdə, tikanlı, gümüşü, yumşaq tüklü, yarpağını tökən kolcuqdur. 5-6 cüt ellipsvari, 16 mm-ə qədər uzunluqda, ucu nazik, tikansız yarpaqcıqlıdır. İyulda çiçəkləyir. Çiçəkaltlığı enli və qısa, azca şişdir. Bəzək bitkisi kimi daşlı yamacların örtülməsində istifadə edilə bilər. Bir növ müxtəlifliyi məlumdur: Rapherrianus (Fisch.) Boiss. == Ekologiyası == Dağlıq sahələrdə, quru, daşlı yamaclarda bitir.
Firuzabad (Fars)
Firuzabad- İranın Fars ostanının şəhərlərindən və Firuzabad şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,210 nəfər və 12,888 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Fəthabad (Fars)
Karzin və ya Fəthabad — İranın Fars ostanının Qir və Karzin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,953 nəfər və 1,651 ailədən ibarət idi.
Hacıabad (Fars)
Hacıabad- İranın Fars ostanının şəhərlərindən və Zərrindəşt şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,346 nəfər və 4,195 ailədən ibarət idi.

Значение слова в других словарях